Hacı Zeynalabdin Tağıyevlə bağlı məqalə dərc olunub

Hacı Zeynalabdin Tağıyevlə bağlı məqalə dərc olunub

Malayziyada ingilis dilində nəşr olunan "The Globalist" jurnalının növbəti buraxılışında "Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti" adlı məqalə dərc olunub.

SİA-nın AZƏRTAC-a istinadən xəbərinə görə, məqalənin müəllifi Datin Buşra Naseer Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olub və bir çox məkanları, o cümlədən Milli Azərbaycan Tarix Muzeyini ziyarət edib.

Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı binada yerləşdiyi qeyd olunan məqalədə H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, azərbaycanlı gəncləri xarici ölkələrə təhsil almağa göndərməsi, Bakıda ilk qızlar məktəbini açması, həmçinin Azərbaycanda neft hasilatının inkişafında gördüyü işlər barədə ətraflı məlumatlar öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə