“YARAT” dan rəsm sevərlərə xoş xəbər

“YARAT” dan rəsm sevərlərə xoş xəbər

"YARAT" Müasir İncəsənət Məkanı uşaqlar üçün rəsm dərslərini davam etdirir. SİA-nın məlumatına görə, yanvarın 8-də baş tutacaq növbəti dərslərdə 3-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.

Budəfəki dərslərdə uşaqlar məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, əsərlərin pazıllarını yığacaqlar. Bu dərslərdə balacalar həm əylənəcək, həm də maraqlı əsərlərin hazırlanmasında iştirak edəcəklər.

Qeyd edək ki, sözügedən layihə "YARAT" Müasir İncəsənət Məkanında ənənəvi olaraq hər həftənin son iki günü keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə