Xalça Muzeyində Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək

Xalça Muzeyində Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək

Yanvarın 7-də Azərbaycan Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək.

Xalça Muzeyindən SİA-ya verilən məlumata görə, ustad dərslərində rəssamın "Keçə sənətinin tarixi" adlı mühazirəsi dinləniləcək.

Azərbaycan dilində təqdim olunacaq mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və keçələrin məişətdəki əhəmiyyətindən danışılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə