Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib. SİA-nın məlumatına görə, xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.
Qeyd edək ki, Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB