Nazim Əliverdibəyovun anadan olmasının 90 illiyi qeyd olunub FOTOLAR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı Musiqi Akademiyası ilə birlikdə görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova açıb.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov çıxış edib.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Nazim Əliverdibəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolundakı xidmətlərindən, yaradıcılığından danışmışdır. Çıxışlar Nazim Əliverdibəyovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.
Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx (violonçel), Beynəlxalq Müsabiqələr laureatı SəidəTağızadə (f-no), Bakı Musiqi Akademiyasının və Bakı Xoreoqrafiya Akademiyasının tələbə və magistrləri, Beynəlxalq Müsabiqə laureatları Səma Xəlilzadə, Rəna Novruzbəyli, Lalə Məhərrəmova, Arzu Hüseynova, Mirxavər Əliyevanın ifalarında Nazim Əliverdibəyovun və başqa Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Tədbirin qonaqları Bakı Musiqi Akademiyasının, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB