Ağdam Dövlət Dram Teatrında V.Siqarevin "Ağ ölüm" əsəri əsasında tamaşa nümayiş olunub. SİA-nın məlumatına görə, əsər narkomaniyanın ziyalı bir ailəni məhv etməsindən bəhs edir. Əsərdə bir ailənin timsalında ümumi cəmiyyətin, hətta bəşəriyyətin bəlasına çevrilən bu dəhşətli kabusun necə faciələrə səbəb olduğu göstərilir. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru əməkdar artist S.Əliyev, quruluşçu rəssam E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur.
Rolları F.Yusifova, N.Ələkbərov, H.Şirin, E.Cavadov, X.Xudadatova, E.Mürşüdov və Q.Abdullazadə oynayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB