Akademik Milli Dram Teatrının işçisi vəzifəsindən azad olunub FOTO
Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə N.Gülməmmədov A.Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.
Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB