Azərbaycan Rəssamlar İttifaqı rəsm müsabiqəsi elan edib

Azərbaycan Rəssamlar İttifaqı rəsm müsabiqəsi elan edib

Azərbaycan Rəssamlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, müsabiqədə ali və orta rəssamlıq təhsili olan 20 yaşdan yuxarı gənclər iştirak edə bilər. Təqdim olunan sənət əsərlərində müstəqilliyimizin bərpasından bu günədək qazanılan uğurlar, o cümlədən torpaqlarımızın azadlığı uğurunda canından keçən Vətən övladlarının qəhrəmanlığı əks olunmalıdır.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti üzrə rəsm əsərləri təqdim edilə bilər. Əsərlərin qeydiyyatı dekabrın 23-dək davam edəcək. Müsabiqənin yekun sərgisi dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə