Mingəçevir Turizm Kollecində Ulu Öndərin xatirəsinə həsr olunmuş elmi nəzəri konfrans keçirildi FOTOLAR
Müasir Azərbaycan dövlətçiliyinin memarı ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində silsilə anım tədbirləri düzənlənib. SİA-nın məlumatına görə, o cümlədən, tələbələrin iştirakı ilə inşa müsabiqəsi, dama və şahmat yarışları təşkil olunub.
Tədbirlər silsiləsi daha sonra elmi-nəzəri konfransla davam etdirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə baxış keçirilib. Dahi şəxsiyyətin siyasi fəaliyyətinə dair nitq söyləyən kollecin direktoru Əyyub Əyyubov Ulu Öndərin xalqı və dövləti naminə ortaya qoyduğu xidmətlərin Azərbaycan xalqının qəlbindən və hafizəsindən heç zaman silinməyəcəyini bəyan edib.
Ardınca kollecin direktoru Ümummilli Liderin xatirəsinə həsr olunmuş şahmat, dama yarışlarının və inşa müsabiqəsinin qaliblərini fəxri diplomlarla mükafatlandırıb.
Daha sonra Kollec Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov, pedaqoqlar Elmira Rəhimova, Gülay İsmayılova, Novruz Həmidov və Gülay İbrahimova müxtəlif mövzularda geniş məruzələr səsləndirib.
Elmi-nəzəri konfrans tələbə özfəaliyyət dərnəyi fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB