“Şəms” uşaq xoru Sərdar Fərəcova həsr olunmuş konsertdə FOTOLAR
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Orqan və Kamera zalında Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovun kamera və vokal musiqisindən ibarət konsert keçirilib. SİA-nın məlumatına görə, tədbirin bəstəkarın doğum günü ilə eyni günə təsadüf etməsi gecəyə xüsusi özəllik qatıb. Proqramda bəstəkarın müxtəlif janrlarda yazılmış əsərləri, uşaq mahnıları səslənib.
Bəstəkarın yaradıcılığı kifayət qədər genişdir. Musiqinin bir çox janrlarına müraciət etməsi yaradıcılığına həsr olmuş bu gecənin də maraqlı keçməsinə səbəb olub. Tədbirdə "Xəzər" universitetinin kamera orkestrının ifasında (bədii rəhbər Zülfiyyə Sadıqova) "Vals" və "Sülh" rəqsi, Fəridə Məmmədovanın ifasında "İki vokal lövhə", Dövlət Simli Kvartetin ifasında 1 saylı simli kvarteti və başqa əsərləri səslənib.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xorunun (bədii rəhbər və dirijor Dilarə Əliyeva) ifasında bəstəkarın dörd – "Aşpazların mahnısı", "Küpəgirən qarı", "Dələ" və "Buratino" mahnıları səslənib. Balacaların parlaq rəqsləri, ifaları, səhnə jestikaları və geyimləri zalda əyləşən tamaşaçıların xüsusi marağına səbəb oldu. Gecənin sonuna rəngarənglik qatan balacalar bəstəkarın uşaq mahnılarını layiqli təbliğ ediblər.
Sonda bəstəkar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib. Eləcə də Sərdar Fərəcov Dilarə Əliyevaya uşaqların belə maraqlı çıxışlarına görə xüsusi təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB