Balakən rayon MKS-də Ulu Öndər H.Əliyevin anım günü ilə əlaqədar "Ürəklərdə əbədi məşəl yandıran insan" adlı ədəbi-bədii kompazisiya keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Balakən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş. Hacıyeva , Mədəniyyət və Turizm şöbəsinin inspektoru S.Yusifova, RİH – nin baş məsləhətçisi Z.Mustafayeva, Balakən MKS-nin, H.Əliyev muzeyinin işçiləri, Z.Əliyeva adına orta məktəbin şagirdləri, fəal oxucuları iştirak ediblər. Tədbirə kitabxananın foyesində Ulu Öndərə həsr olunmuş geniş məzmunlu sərgiyə baxışla başlanıb. Tədbiri giriş sözü ilə MKS – nin direktoru M. Tağıyeva açaraq Ulu Öndərin keçdiyi keşməkeşli həyat yolundan danışıb. MKS- nin işçisi E.Günay H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hacıyeva, MKS- nin metodika-biblioqrafiya şöbəsinin müdiri İ. Osmanova, xidmət şöbəsinin işçisi Z.Həsənli və başqaları Ulu Öndər haqqında danışıblar. Z.Əliyeva adına məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şerlər söyləyiblər.
Tədbir Ulu Öndərə həsr olunmuş video çarxın nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB