Nazir Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. SİA-nın məlumatına görə, nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, nazirliyin və səfirliyin əməkdaşları, Milli Məclisin deputatı Rauf Əliyev də olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB