Gülbəniz Əzimzadənin anım günüdür

Gülbəniz Əzimzadənin anım günüdür

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi, mərhum Gülbəniz Əzimzadənin anım günüdür. SİA-nın məlumatına görə, mərhum rejissorun vəfatından 10 il ötür. Gülbəniz Əzimzadə Azərbaycan kinosuna "Avqust gələndə", "Dantenin yubileyi", "İmtahan", "Qaladan tapılan mücrü", "Qətl günü", "Ötən ilin son gecəsi" , "Təkcə adanı özünlə apara bilərsən" və s. filmlər bəş edib. Qeyd edək ki, Gülbəniz Əzimzadə 1947-ci il aprelin 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra - 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969-1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974-1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləyib. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb. Anarın "Dantenin yubileyi" povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun "Təkcə adanı özünlə apara bilməzsə" adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun "Müqəddəs oda yanaram" və "Ümid" adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.

Qeyd edək ki, Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə