Bakı şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyəti Nizami Kino Mərkəzində 3 dekabr "Beynəlxalq Əlillər Gününə" həsr edilmiş "Sərhədsiz incəsənət" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsinə əsas məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanların həyatında son dərəcə əhəmiyyətli olan bu sahənin inkişaf etdirilməsidir.
Tədbirdə Bakı şəhər Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bu layihəyə dəstək olduğunu və tədbirin reallaşmasını Kino Xidməti İdarəsinə həvalə etdiyini bildirib: "Bir il ərzində artıq 4-cü dəfədir ki, bu layihəni həyata keçiririk. Əlilliyi olan insanlar cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkirlər. Bunu təkcə onlar deyil, əlilliyi olan şəxslərin ailə üzvləri də yaşayır. Xüsusi qayğıya ehtiyacı olan bu təbəqənin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası kompleks şəkildə həll edilməli və cəmiyyətə fəal inteqrasiyası təmin olunmalıdır".
Mərasimdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev "Sərhədsiz incəsənət" layihəsinə dəstək olduğu üçün Bakı şəhər İcra Hakimiyyətinə təşəkkür edib: "İldən-ilə uğurlu layihələrə imza atırıq. Hazırda Azərbaycanda 40 mindən çox gözdən əlil insanlar var. Bu cür insanların səhhətində problemi olmayanlarla eyni hüquqda yaşamağa haqqı var. Heç kəs əlillikdən sığortalanmayıb. Bu cür insanlar işlə təmin olunmalıdır. Dövlət qurumlarını bu layihəyə dəstək olmağa çağırıram. Gəlin, gözdən əlil insanlara hər zaman dəstək olaq".
Tədbirdə söz alan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Müqalib Mahmudov 3 dekabr Beynəlxalq Əlillər Gününün yaranma tarixindən bəhs edib: "3 dekabr bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Təcrübəyə əsasən 3 dekabr sivil ölkələrdə ictimaiyyətin, dövlət qurumlarının və qeyri-əlil vətəndaş cəmiyyətinin diqqəti əlil vətəndaşların reabilitasiya və müasir dünyaya adaptasiya problemlərinin çözülməsinə yönəldilib".
Tədbirin sonunda tiflo və sordo tərcümə olunan "Siçan və pişik" cizgi filmindən parça və sağlamlıq imkanları məhdud olan uşaqların hazırladığı konsert proqramı təqdim olunub.

.jpg)


.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB