Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzini (IRCICA) ziyarət edib. SİA-nın məlumatına görə, IRCICA-nın baş direktoru Halit Eren təşkilatın fəaliyyəti, gələcək iş və layihələri barədə G.Əfəndiyevaya məlumat verib.
Daha sonra H.Eren G.Əfəndiyevanı IRCICA-nın İslam tarixinə və mədəniyyətinə dair müxtəlif kitabların, kalioqrafiya əsərlərinin toplandığı zəngin kitabxanası ilə tanış edib.
G.Əfəndiyeva öz növbəsində Türk dünyasına, onun tarixi və mədəni irsinə aid bir sıra kitabları, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı kitabları IRCICA-nın kitabxanasına hədiyyə edib.
Ziyarət zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və IRCICA arasında gələcək sıx əməkdaşlığa dair müxtəlif müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB