Aşıq musiqisi ilə Avropa musiqisinin sintezi

Aşıq musiqisi ilə Avropa musiqisinin sintezi

Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib. SİA-nın AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlundan aldığı məlumata görə, aşıqlar, musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb. Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup və aşıqlardan Əməkdar Mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.

Aşıqların və qrup üzvlərinin ifalarına bəstəkar və musiqişünaslar öz münasibətlərini bildiriblər.

Bu istiqamətdə axtarışların davam etdirilmsinin vacibliyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə