Cahangir Cahangirova həsr olunmuş tədbir keçirilib FOTOLAR

Cahangir Cahangirova həsr olunmuş tədbir keçirilib FOTOLAR

Sumqayıt şəhər Qara Qarayev adına Uşaq musiqi məktəbində görkəmli bəstəkar Cahangir Cahangirovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Günay Quliyeva bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verib və Azərbaycan musiqisinə gətirdiyi yeniliklərdən danışıb.

Daha sonra məktəbin şagirdlərinin ifasında bəstəkarın "Qarabag", "Koroğlu" kino filmindən "Bana bana gəl", "Ağ şanı qara şanı", "Sevgilim", "Bahar olsun", "Ana" (solo tarda), "Durnalar" (solo kamança) mahnıları, "Azad" operasından rəqs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə