Amil Məmiyevin "Qara bağ" filmi "Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi" Beynəlxalq Film Festivalına dəvət alıb. SİA-nın məlumatına görə, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçiriləcək.
"Qara bağ" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB