"Arts Council Azərbaycan", "Arts Council Moldova", Moldovanın ölkəmizdəki səfirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə "Art Tower" qalereyasında tanınmış Moldova fotoqrafı Anatol Poyatenin "Moldova. İnsanlar və torpaq haqqında" adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkələrimizi sıx dostluq əlaqələri birləşdirdiyini, xalqlarımız arasında mədəni mübadilənin getdiyini qeyd edib. Səfir, həmçinin bu cür tədbirlərin Azərbaycan-Moldova münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
İstedadlı fotoqraf Anatol Poyatenin həyat və yaradıcılığı haqqında danışan sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, "Moldova. İnsanlar və torpaq haqqında" layihəsinin əsas məqsədi azərbaycanlıları və paytaxtımızın qonaqlarını Moldovanın tarixi və memarlıq abidələri, təbiəti və məişəti ilə tanış etməkdir.
Unikal fotoların nümayiş olunduğu sərgi noyabrın 27-dək davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB