Qusar şəhərində "Xalq yaradıcılığında multikulturalizm" mövzusunda elmi seminar keçirilib. SİA-nın məlumatına görə, iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarəti etdikdən sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Elmi seminardan öncə Qusar rayon Mədəniyyət Mərkəzində Qusar rayonuna məxsus müxtəlif adət-ənənələrin, kulinariya və toxuculuq sənətinin, rəqs və musiqi nümunələrinin əyani təqdimatı keçirilib.
Elmi seminarda giriş sözü ilə Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov "Azərbaycanda multikulturalizm ili: görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusu ilə çıxış edərək Qusarda aparılan quruculuq və abadlıq işlərinin bütövlükdə respublikamızda aparılan işlərin mühüm tərkib hissəsi olduğunu qeyd edib.
AMEA-nın Folklor İnstutunun direktoru AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov "Folklorda milli-mədəni müxtəliflik və ortaq mənəvi dəyərlər", Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov "Multikulturalizm və təhsil", Azərbaycan Respublikasının Prezidentinin yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev "Azərbaycan folkloru nümunələri hüquqi müstəvidə" mövzularında çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Elgün Əliyev "Xalq yaradıcılığında multikulturalizm Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin mühüm tərkib hissəsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi ilə əlaqədar klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar, "Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nın yaradılması, "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı və proqram çərçivəsində Qusar şəhərinin "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsi haqqında seminar iştirakçılarına məlumat verilib. Eyni zamanda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə dəstəklənməsi üçün qoymuş olduğu ənənələrin, dövlət quruculuğunun tərkib hissəsi kimi mədəniyyət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkli Mehriban xanım Əliyevanın xalqımızın mədəni sərvətlərin qorunması və təbliğində yüksək xidmətləri vurğulanıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB