Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığını möhkəmləndirir. SİA-nın məlumatına görə, Azərbaycan Konqreslər Bürosunda tələbələr üçün təşkil olunan seminarlarda Büronun fəaliyyəti, məqsədləri, görülən və görüləcək işlər barədə məlumat verilir. Eyni zamanda tələbələr bu təlimlər zamanı gələcək ixtisaslarında onlara yardımçı ola biləcək təcrübə əldə etmiş olurlar.
Seminarlar zamanı tələbələr Görüşlər Sənayesinə və Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə böyük maraqla yanaşır və işgüzar turizmin sirlərini öyrənməyə həvəs göstərirlər. Bu səbəbdən də təşkil olunan seminarlar öz aktivliyi və səmərəliliyi ilə seçilir.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək, ölkəni beynəlxalq səviyyəli görüşlər məkanı kimi təbliğ etmək və konfrans təşkili sahəsini inkişaf etdirməklə onu ölkə iqtisadiyyatının mühüm elementi kimi təşviq etmək daxildir.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB