İsrail səfirliyinin nümayəndələri tələbələrlə görüşüb FOTOLAR

İsrail səfirliyinin nümayəndələri tələbələrlə görüşüb FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində İsrailin ölkəmizdəki səfirliyi nümayəndələrinin universitetin "Turizm və otelçilik" ixtisasının III kurs tələbələri ilə informasiya xarakterli görüşü olub. SİA-nın məlumatına görə, görüşü İsrail səfirliyinin Missiya Rəhbəri Müavini Amir Rom giriş sözü ilə açaraq universitetlə səmərəli əməkdaşlığın nəticəsi sayılan 10 illik layihə və tələbələrə İsrailin nüfuzlu otellərində təcrübə imkanı ilə bağlı ətraflı məlumat verib. Daha sonra 2015/16-cı tədris ilində İsrailin İsrotel otellər şəbəkəsində təcrübə keçən tələbələrdən Elnur Vahab-zadə bu layihə ilə bağlı xüsusi təqdimat-çıxışı zamanı ümumi təəssüratlar fonunda 5 aylıq istehsalat təcrübəsinin üstünlüklərindən, qarşıya çıxan çətinliklərdən bəhs edib.

Görüşün yekununda Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva 2016/17-ci tədris ilində İsraildə təcrübə keçmək arzusunda olanların bu ilin noyabr ayının 30-na kimi ərizə ilə müraciət etmələrini və ərizələr əsasında baş tutacaq müsahibənin vaxtını tələbələrin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə