Hüseyn Cavidin Ev Muzeyinə nadir eksponatlar daxil olub

Hüseyn Cavidin Ev Muzeyinə nadir eksponatlar daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyinə nadir eksponatlar - böyük şair və dramaturq Hüseyn Cavidin qızı Turan Cavidin 1958-ci ildə əmisi Şeyx Məhəmmədin oğlu Hamid Rasizadəyə təqdim etdiyi "Hüseyn Cavid. Seçilmiş əsərlər" kitabı verilib.

Eyni zamanda, Hamid Rasizadənin baş redaktoru olduğu "Azərbaycan müəllimi" qəzetinin bəzi nömrələri və Şeyx Məhəmmədin ailəsi ilə bağlı fotolar da muzeyə təqdim edilib. Eksponatlar görkəmli ədib Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvələri tərəfindən təqdim olunub.

Eksponatların muzeyin ekspozisiyasında nümayiş etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə