“Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi”

“Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi”

Azərbaycan Turizm və Menecment Universitetinin "Mehmanxana və restoran biznesi" kafedrasının təşəbbüsü ilə Latviyanın "Restoran biznesi mərkəzi"nin baş direktoru, restoran sənayesi üzrə təlimçi Aynars Bunkeviçsin təqdimatında "Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi" mövzusunda seminar –təlim təşkil olunub. SİA-nın məlumatına görə, 3 gün fəaliyyət göstərən seminar-təlimin təşkilində məqsəd ATMU-nun "Turizm və qonaqpərvərlik" fakültəsində təhsil alan tələbələrə "Restoranda servis xidmətinin düzgün təşkili qaydaları", həmçinin Bakı Turizm Peşə Məktəbi şagirdlərinə müvafiq sahənin incəlikləri ilə bağlı bilgi verməkdən ibarət idi. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətinin məlumatında bildirilir ki, ali təhsil müəssisəsinin tələbələri və Bakı Turizm Peşə Məktəbinin şagirdləri üçün nəzərdə tutulan seminar – təlimdə "DAİR Hotellər və Restoranlar Assosiasiyası"nın baş direktoru Samir Baba-zadə və restoran biznesi üzrə tanınan ölkə mütəxəssisləri iştirak ediblər. Tədbirin səmərəli fəaliyyətindən razı qalan iştirakçılar gələcəkdə mütəxəssis səviyyəsində işgüzar görüşlərin təşkili məsələsinə müsbət münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə