Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. SİA-nın məlumatına görə, ADMİU-nin elmi şurasının qərarı ilə, təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib.
Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilib. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB