Əməkdar artist Teyyub Aslanov təqdimat edib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim Musiqi Alətləri Ansamblın yaranmasının 20 illik yubileyi çərçivəsində ansamblın solisti, Əməkdar artist Teyyub Aslanovun diskinin təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Sonra muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova Teyyub Aslanovun yaradıcılıq yolu, sənət uğurları barədə çıxış edib. Tədbirdə "Aman təklik əlindən" diskinin təqdimatı keçirilib. Məclisdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rekroru Fərəh Əliyeva, Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, dramaturq, "Məclisi-Üns" verilişinin müəllifi İlqar Fəhmi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mirnazim Əsədullayev, "Cəngi" estrada folklor ansamblının bədii rəhbəri, Əməkdar artist Mircavad Cəfərov, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova, Respublikanın Əməkdar artisti Bəsti Sevdiyeva, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, xalq artisti Munis Şərifov, Əməkdar artist, tarzən Əliağa Sədiyev çıxış etmişlər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə nümayiş olunublar.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə