Mingəçevir Turizm Kollecində Heydər Əliyev adına İdeoloji mərkəzində "Dayan! Dünya Bizim Evimizdir!" mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransı kollecin direktoru Əyyub Əyyubov açıb. O, öz çıxışında bu cür elmi-nəzəri konfransların təşkil olunmasının əhəmiyyətindən danışıb, tələbə- gənclərin elmi bilikləri ilə yanaşı, dünyagörüşlərinin də inkişaf etməsində böyük rolu olduğunu vurğulayıb. Xüsusilə də bu cür qlobal-həyati məzmun daşıyan, bütün dünya gündəmini zəbt edən məsələlərin müzakirəsinə gələcəkdə də diqqət yetirilməsinin vacib olduğunu qeyd edib.
Daha sonra kollecin tələbələri müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.
Sonda kollecin direktoru Əyyub Əyyubov konfransın işinə yekun vuraraq bildirib ki, bütün bu məruzələr tələbə-elmi cəmiyyətinin katibliyində toplanacaq və kollecin nəşr etdiyi "Turizm və təhsil" jurnalının növbəti nömrəsində dərc olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB