Məşhur macar qrupu Bakıda konsert verdi

Məşhur macar qrupu Bakıda konsert verdi

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"da dünya şöhrətli "Djabe" qrupu çıxış edib. SİA-nın məlumatına görə, "Djabe" kollektivi Macarıstanda caz-rok musiqi janrında liderdir. Musiqiçilər yaradıcılıqlarında caz və rok elementlərini Macarıstan folkloru ilə sintez ediblər.

"Djabe" Afrikanın aşanti dilindən tərcümədə "azadlıq" deməkdir. 16 il əvvəl yaradılan qrupun təsisçisi, lideri və bəstəkarı gitaraçı Attila Egerhazidir. Kollektiv bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Musiqiçilər dünyanın 41 ölkəsində çıxış edib. Hazırda qrupun diskoqrafiyasında səkkiz studiya albomu və çoxsaylı konsert CD və DVD-ləri var.

Kollektivin çıxışından sonra tədbir cem-seyşnla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə