Gürcü cazmeni Bakıda!

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"da məşhur gürcü trubaduru Levan Kemulariyanın konserti olub. SİA-nın məlumatına görə, İlya Çavçavadze adına Tbilisidə Dövlət Universitetində dərs deyən Levan Kemulariya dəfələrlə Tbilisi, Qara dəniz və Qafqaz caz festivallarında iştirak edib, tez-tez Gürcüstanın regionlarına qastrol səfərlərinə gedir.

Öz vətənində caz mədəniyyətinin inkişafına böyük töhfə vermiş musiqiçinin "Rotunda Jazz Club"da çıxışı böyük maraqla qarşılanıb. Tədbir dünyanın müxtəlif ölkələrindən olan cazmenlərin iştirak etdiyi cem-seyşn ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə