Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunmuş, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Nazir Əbülfəs Qarayev Qətər Dövlətində keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, mədəniyyət günlərinin çox müsbət nəticələr verdiyini bildirib və hal-hazırda da iki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, eyni zamanda muzey, kitabxana və incəsənətin müxtəlif istiqamətlərində qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təklif edib.
Səfir qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və Azərbaycanla Qətər Dövləti arasında yüksək əlaqələrin davamlı olacağına inamını ifadə edib.
Görüşün sonunda nazir Əbülfəs Qarayev Qətər nümayəndə heyətini 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB