Zaqatala rayon Mosul kənd mədəniyyət evində uzun illərdən sonra ilk dəfə olaraq məktəblilərə cizgi filmləri və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs" bədii filmi nümayiş etdirilib. SİA-nın məlumatına görə, məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edən film şagirdlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, rayonun bir çox mədəniyyət müəssisələrində uşaq filmlərinin nümayişi həyata keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB