Yerli caz ifaçıları konsert verdi FOTOLAR

Yerli caz ifaçıları konsert verdi FOTOLAR

Heydər Əliyev Sarayında istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, "jAzzeri Bands" caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva və DiHaj, Cəmilə Haşımova və Jazzers Band, Nərmin Kərimbəyova və Freedom Band iştirak ediblər.

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə