Gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib FOTOLAR
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə nümayiş olunan rəsm əsərləri Azərbaycan xalq nağılları əsasında çəkilmiş rəsmlər olub. Mövzunun nağıllar əsasında seçilməsi də təsadüfi deyildi. Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə xanım Hüseynovanın təşkilatçılığı ilə ərsəyə gəlmiş Azərbaycan xalq nağıllarından və illüstrasiyalardan ibarət "Nağıllar" toplusunun təqdimatı keçirilib. Jurnalda dərc olunan nağıllara çəkilən illüstrasiyaların müəllifləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamları olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova qonaqları salamlayaraq uşaqlar, gənclər arasında aparılan maarifləndirici işlərdən bəhs edib. O, qeyd edib ki, jurnalın həm Azərbaycan, həm də ingilis dilində dərc olunması uşaqların dil biliyinə olan marağının daha da artmasına səbəb olacaq. Jurnal uşaqlar və tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Belə ki, nağılların ingilis dilində tərcumə olunması Azərbaycan Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinə həvalə olunub. İlluüstrasiyaların Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarına həvala olunması isə olanların timsalında bütün uşaqların gələcək fəaliyyətinə bir təkan olacaq.
Xatirə Hüseynova həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun hazırladığı təşəkkürnamələri bu işin ərsəyə gəlməsi həvalə olunan balaca rəssamlara təqdim edib.
Daha sonra isə bu balaca rəssamların yetişməsində böyük əməyi olan Gilan Əzizxanlıya söz verilib. O qeyd edin ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə hazırladığı lahiyələr arasında sayca dördüncüdür. Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birlikdə bir çox uğurlu layihələrə imza atıb. Lakin belə bir işin ərsəyə gəlməsi isə ilkdir. Gilan xanım onu da vurğuladı ki, bu uşaqların yaddaşlarında daim qalacaq bir tarixdi. Belə bir jurnalın davamı da olmalıdır.
Sonda isə sərgiyə gələn qonaqlar balaca rəssamların əl işlərinə baxmağa dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB