“Yeni il nağılı”

Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibətilə uşaqlar üçün "Yeni il nağılı" tamaşası təqdim olunacaq. SİA-ya sarayın mətbuat xidmətindən bildirilib ki, nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək. Onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.

Saat 13:00 və 16:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə