Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitab sərgisi açılıb
M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Türkmənistan-25" adlı kitab sərgisi açılıb. Milli Kitabxanadan SİA-ya bildirilib ki, sərgi Türkmənistanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.
Türkmənistanın Azərbaycandakı səfirliyi əməkdaşlarının da qatıldığı sərgidə bu ölkənin siyasətinə, dövlətçiliyinə, mədəniyyətinə və təbiətinə aid kitablar yer alıb. Sərgidə nümayiş olunan kitablar qonaqların marağına səbəb olub.
Sonda səfirlik tərəfindən Azərbaycan Milli Kitabxanasına müxtəlif kitablar hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB