Görkəmli rəssamın 100 illiyi qeyd ediləcək

Görkəmli rəssamın 100 illiyi qeyd ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 25-dən 29-dək Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyi qeyd ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarına müraciət edib, müxtəlif mövzularda rəngarəng tablolar yaradıb. Onun sonuncu sərgisi 2006-cı il noyabrın 22-də 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda təşkil olunub. Rəssamın həyat və yaradıcılığından bəhs edən kitab işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə