Gənc mədəniyyət işçiləri arasında növbəti debatlar FOTOLAR

Gənc mədəniyyət işçiləri arasında növbəti debatlar FOTOLAR

Cari ilin 14 oktyabr tarixində Zaqatala rayonunda MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub. Zaqatala rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş debatlarda eyni zamanda Qax və Balakən rayonlarının mədəniyyət işçiləri də iştirak edib. Debatların əsas müzakirə mövzusu "Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər" olub.

Tədbiri açan Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva debat iştirakçılarını salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər haqqında geniş məlumat verib və daha böyük uğurlara nail olunmasında gənclərin böyük rolunu qeyd edib.

Debatlar zamanı, ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət sahəsinin yerlərdə nüfuzunun və mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulayıb.

Ətraflı müzakirələr şəklində keçirilən debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı çətinlikləri qeyd edib və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə