Bakıda balacalar üçün “Keloğlan nağılları” FOTOLAR

Bakıda balacalar üçün “Keloğlan nağılları” FOTOLAR

Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə "Keloğlan nağılları" müzikl-tamaşa təqdim olunub. Tamaşanın süjet xətti belədir: Nağıllar kəndində illərcə alma şəkəri festivalı keçirilsə də, Qara vəzirin qorxusundan bu festival yasaqlanır. Bunu öyrənən Keloğlan və dostları, Qara vəzir və mühafizəçilərinə baxmayaraq alma şəkəri festivalını reallaşdırmağı qərarlaşdırırlar.

Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, əyləncəli mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə müzikl uşaqların, həmçinin də böyüklərin diqqətini cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə