Ləzgi dilində “Leyin nəğməsi”

Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Sədaqət Kərimovanın uşaqlar üçün ləzgi dilində yazdığı "Leyin nəğməsi" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə yazıçı kitab haqqında məlumat verib. O deyib ki, "Leyin nəğməsi" onun sayca 20-ci kitabıdır. Kitaba orijinal nağıllar daxil edildiyini bildirən yazıçı bildirib ki, bu nağıllardan birinin qəhrəmanı Ley adlı leyləkdir. Bu quş uşaqlara vəfalılıq, yurda bağlılıq, çətində ruhdan düşməməyi, möhkəm, cəsarətli olmağı öyrədir.

Bildirib ki, kitabın özəlliklərindən biri də onun rəssamının 10 yaşlı həvəskar rəssam Sadiya Nəsrullayeva olmasıdır. Kitabın Azərbaycan dilində nəşr edilməsi planlaşdırılır.

"Azərbaycan" nəşriyyatında çap olunan kitabın multikultural ənənələri ilə dünyada tanınan Azərbaycan etnik ləzgilərinin balaca nümayəndələrinə gözəl töhfə olduğu vurğulanıb.

Sonda "Leyin nəğməsi" kitabı uşaqlara hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə