21 noyabr 2013-cü il tarixində Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan olunub. SİA-nın məlumatına görə, Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələrdə "Avropa Gənclər Paytaxtı" tituluna sahib olan ilk şəhərdir. Hər hansı şəhərin Avropa Gənclər Paytaxtı seçilməsi həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı nümayiş etdirmək imkanı qazanır.
Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı il 24 fevral tarixli 1805 nömrəli Sərəncam imzalanıb.
Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 21 aprel tarixli 152 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı il 6 oktyabr tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupunun tələbələrinin iştirakı ilə "Müsyo Jordan və Dərviş Məstəli Şah" pyesinin tamaşası və rəssam-tələbələrin sərgisi keçirilib.
Tamaşa və sərgi tədbirdə iştirak edən Gəncə şəhərinin gəncləri tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB