Oktyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Gəncliyin seçimi – müstəqillik" adlı sərgi keçirəcəkdir.
Muzeyin mətbuat xidmətinin rəhbəri Nigar Qazızadənin SİA-ya verdiyi məlumata görə, İstiqlal Muzeyində keçiriləcək sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin və başqalarının çıxışları, eləcə də Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB