“Azərbaycan gəncliyi üçün tolerantlıq nədir?” FOTOLAR

“Azərbaycan gəncliyi üçün tolerantlıq nədir?” FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Cəlilabad rayonunda "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri arasında növbəti debatlar təşkil olunub. Mərkəzdən SİA-ya bildirilib ki, "Azərbaycan gəncliyi üçün tolerantlıq nədir?" və "Vətənpərvərlik ruhunun formalaşmasında mədəniyyət amili" mövzusunda debatlarda Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Salyan və Neftçala rayonlarından olan 100 nəfərdən çox gənc mədəniyyət işçisi iştirak edib.

Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri arasında debatların keçirilməsinin zəruriliyini qeyd edib, bu cür müzakirələrin gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsi, onlarda hadisələrə adekvat qiymət vermək bacarığının formalaşması baxımından əhəmiyyətli olduğunu bildirib.

Gənclər də öz növbəsində müxtəlif problemlərin həllində açıq müzakirələrin təşkil edilməsinin vacibliyini vurğulayıblar və bu istiqamətdə mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə