Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək

Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək

2-7 oktyabr tarixində Türk Hava Yolları, "NG hotel qrup", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm mənbələrinə infotur təşkil olunacaq. SİA-nın məlumatına görə, infoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, sağlamlıq turizmi obyektlərinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən ibarət bir qrup heyət iştirak edəcək.

İştirakçılar Türkiyənin ən böyük termal mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmirə səfər edəcək, bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat alacaqlar. Səfər zamanı iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşəcək, nümunəvi sağlamlıq turizmi klasterlerinin yaranması imkanlarını dəyərləndirəcəklər.

Bundan əlavə, səfər müddətində müxtəlif dövlət yetkililəri ilə görüşlər və kiçik seminarların təşkili də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə