Opera və Balet Teatrında mövsümün ilk premyerası olub FOTOLAR
Hər il Beynəlxalq Üz.Hacıbəyli musiqi festivalı çərçivəsində Opera və Balet Teatrında görkəmli dünya bəstəkarlarının yeni opera tamaşasının səhnəyə qoyulması artıq bir ənənə şəklini alıb. SİA-nın məlumatına görə, bu il də ənənəsinə sadiq qalan Teatr VIII Beynəlxalq Üz.Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara sentyabrın 24-də Cüzeppe Verdinin "Bal-Maskarad" operasını təqdim edib. Opera konsert ifasında səhnəyə qoyulub.
Böyük uğurla baş tutan tamaşada əsas partiyaları Belorusun əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa ediblər.
Yeni quruluşun musiqi rəhbəri və dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB