Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Musiqi janrı" adlı musiqili kompozisiya təqdim olunub. SİA-nın məlumatına görə, Sabirabad "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkil etdiyi konsert proqramı 18 sentyabr - Milli Musiqi Gününə həsr olunub.
Əvvəlcə milli musiqimizin zənginliyi və Milli Musiqi Gününün ölkəmizdə qeyd edilməsinin əhəmiyyətindən danışılıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar imzaladığı Fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir.
Daha sonra "ASAN" könüllülərinin ifasında bir sıra xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramı maraqla qarşılanıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB