Qax Dövlət Kukla Teatrı yeni mövsümə hazırlaşır

Qax Dövlət Kukla Teatrı yeni mövsümə hazırlaşır

"Qızıl Dərviş" mükafatı laureatı Qax Dövlət Kukla Teatrı yeni mövsümü A.S.Puşkinin "Qızıl balıq" tamaşası ilə açacaq. SİA-nın məlumatına görə, tamaşa sentyabrın 16-da olacaq. Tamaşa teatrın baş rejissoru Yusif Abdurahmanovun quruluşunda təqdim olunacaq.

Bundan əlavə yeni mövsümdə yerli dramaturq Osman Abdullayevin "Nərbala" əsəri səhnəyə qoyulacaq.

Bakı Uşaq Filarmoniyasının rejissoru Elşad Rəhimzadənin quruluşunda "Maşa və Ayı" tamaşası da tezliklə tamaşaçılara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə