Lənkəran Dövlət Rəsm Qalereyası tərəfindən O. Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində "Vətənimdir Azərbaycan!" adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə uşaq evində təhsil alan şagirdlər iştirak edib, vətənpərvərlik mövzusunda müxtəlif rəsmlər hazırlayıblar. Rəssamlığa həvəsi olan şagirdlərə qalereyanın əməkdaşları tərəfindən rəsmlərin çəkilmə qaydaları izah edilib. Ən yaxşı rəsmlərin müəllifləri qalib elan edilib və onlara həvəsləndirici mükafatlar təqdim edilib. Lənkəran Dövlət Qalereyası bu istiqamətdə tədbirlərini davam etdirir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB