Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qazaxıstan Respublikasının Almatı şəhərində Неalth Travel Business Club-un təşkilatçılığı və Qazaxıstan Turizm Assosiasiyasının (KTA) rəsmi dəstəyi ilə təşkil olunmuş "Sağlamlıq Turizmi" pəşəkarlar Forumunda və B2B görüşlərində iştirak edir. SİA-nın verdiyi xəbərə görə, Assosiasiya Chinar Naftalan və Qalaaltı Spa & Hotels-la təmsil olunur. Forumun birinci günü Assosasiyanın rəsmi nümayəndəsi Çingiz Hacıyev "Azərbaycanda sağlamlıq turizminin ənənələri ,yeni innovasiyalar və prespektivlər" mövzusunda geniş təqdimatla çıxış edib. Forumdan sonra B2B ikitərəfli görüşlər həyata keçirilib. Tədbirdə iştirak edən Urologiya və Ginekologiya Assosasiyasının, eləcədə Dermotologiya Mərkəzinin həkim ekspertləri Naftalan və Qalaaltı sağlamlıq turizmi məhsullarına böyük maraq göstərib və Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etmək əzmində olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB