Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü açacaq

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü açacaq

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşa ilə açacaq. Teatrdan SİA-ya bildirilib ki, tamaşa rejissor əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq.

Yeni mövsümdə, həmçinin M.F.Axundzadənin "Hacı Qara" komediyası səhnəyə qoyulacaq. Tamaşaya quruluşu Dövlət "YUĞ" Teatrının baş rejissoru Gümrah Ömər verəcək. Həmçinin, teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda İtalyan dramaturqu Luici Lunarinin "İki nəfər yelləncəkdə" komediyası səhnələşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə