Bakıda bölgələrin incəsənət nümunələri nümayiş olunacaq

Bakıda bölgələrin incəsənət nümunələri nümayiş olunacaq

Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında 20-23 avqust saat 18:00-da Şamaxı rayonunun "Şirvan" folklor ansamblının, İsmayıllı rayonundan "Lahıc" folklor ansamblının, Qəbələ rayonundan "Zopu-Zopu" etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.

Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə